Din xadimləri Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər

0
76

Azərbaycanda koronavirusla (COVID-19) mübarizə istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədilə ölkədə rəsmi təyinatla fəaliyyət göstərən din xadimləri aldıqları aylıq maddi yardımın bir qismini Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürməklə bağlı təşəbbüslə çıxış edərək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna çoxsaylı müraciətlər ünvanlayıblar.

Moderator.az Mənəvi Dəyərlərin Təbliği Fonduna istinadən xəbər verir ki, fondun Himayəçilər Şurası tərəfindən məqsədəuyğun hesab edilərək dəstəklənən bu müraciətlər nəticəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsünə qoşulan din xadimləri könüllü şəkildə fondun vasitəsilə ümumilikdə 39 min 984 manat məbləğində vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər.