Daha iki ev pişiyində koronavirus tapıldı

0
52

Əvvəllər ev heyvanlarının koronavirusa yoluxmadığı deyilsə də, artıq formalaşmış bu fikir öz əhəmiyyətini itirib. Belə ki, daha iki pişikdə koronavirus aşkarlanıb.

Nyu-Yorkda iki ev pişiyində koronavirus tapılıb. Onlar ABŞ-da koronavirus olduğu təsdiqlənmiş ilk ev heyvanlarıdır.

Qeyd edək ki, ilk dəfə belə bir hal Honq-Konqda baş verib. “COVİD -19” pişiyə sahibindən keçib. Bundan başqa Nyu-Yorkdakı zooparkdakı pələngdə də koronavirus aşkarlanmışdı.

İlkin mənbəyinin yarasa olduğu iddia edilən koronavirusun ev heyvanları, xüsusən də itlər vasitəsi ilə insanlara yoluxduğu Kanadada aparılan araşdırmalar nəticəsində də təsdiqlənib.

Ottava Universitetində aparılan araşdırmalara görə bəzi ev heyvanları bu virusun daşıyıcılarıdır. Professor Xuhua Xianın iddiasına görə, elə koronavirus da yarasa əti yeyən itdən insana yoluxub.