Çəyirtgələrdən sonra siçovulların hücumu BAŞLADI

0
383

Çəyirtgələrdən sonra siçovulların hücumu

Orta Şərq ölkələrində çəyirtkə infeksiyasından qorxan dünya indi siçan işğalı təhlükəsi ilə üz-üzədir.

koronavirusun mərkəzi olan ABŞ-da, karantində olan iri şəhərlərdə siçovulların şəhərə axını müşahidə edilib.

Amerikan NBC televiziyasına danışan gəmirici heyvan mütəxəssisi Bobi Korrigan bildirib ki, böyük şəhərlərə, xüsusən də Nyu York və Los Angelesdə ac kanalizasiya siçanlarının sürətlə çoxalmağa başlayıb.

Buna səbəb şəhərlərdə restoran və kafelərin bağlanması ilə həmin müəsissələrin zibil tədarükünün olmamasıdır.

Koriqan deyib ki,zibil ehtiyyatının azalması siçovulların qida çatışmazlığına səbəb olub.Amma ən təhlükəli məqam isə siçovulların 55 fərqli virusu daşıya bilməsidir.

“Biz bu siçanların mənzillərimizə, evlərimizə, restoranlarımıza və yaşıllaşdırıcılarımıza girməsinə icazə verə bilmərik. Mənzilimizə gəlsək, 55 fərqli virusla mübarizə aparmalı olacağıq” Koriqan deyib.

Artıq ABŞ-ın ”Fly Ant” Gəmirici Nəzarət Agentliyi kanalizasiya siçanlarına nəzarət etmək üçün tədbirlərə başlayıb.