BVF-dən bütün dünyaya məyusedici xəbərdarlıq – Hamımız ziyana düşəcəyik

0
483

Bu il dünya iqtisadiyyatı Böyük Böhrandan bəri ən pis durğunluq dövrünü yaşayacaq və bu böhran on il əvvəl baş verən maliyyə böhranından daha təsirli olacaq

Beynəlxalq Valyuta Fondu (BVF) yeni növ koronavirusla əlaqədar yaşanan iqtisadi durğunluğa görə bu il üçün nəzərdə tutduğu iqtisadi proqnozlarında dəyişiklik edib. Sputnik Türkiyə xəbər verir ki, BVF baş iqtisadçısı Gita Gopinathın iqtisadi durumla bağlı hazırladığı hesabatda bildirilir.

“Bu il dünya iqtisadiyyatı Böyük Böhrandan bəri ən pis durğunluq dövrünü yaşayacaq və bu böhran on il əvvəl baş verən maliyyə böhranından daha təsirli olacaq”, – deyə hesabatda qeyd olunur.

Gopinath “CNBC”-yə açıqlamasında isə qeyd edib ki, mövcud böhran sadəcə iqtisadiyyatla bağlı yürüdülən siyasətlə bağlı deyil: “Bu böhran fərqli olduğundan, onun şərtləri də nə zaman bitəcəyi bəlli olmayan pandemiya tərəfindən müəyyənləşdirilir”.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 milyonu keçib, 114 mindən çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Read more: https://sputnik.az/economy/20200416/423671920/BVF-xeberdarlq-etdi–iqtisadi-durgunluq.html