Bu şəxslər 190 manat üçün müraciət etməsinlər

0
205

Bizim sistem digər dövlət qurumlarının sistemi ilə inteqrasiya olunduğuna görə burada yükləmələr baş verir

 “Vətəndaşlardan xahiş olunur ki, əgər dövlətdən digər ödənişlər alırlarsa, 190 manat üçün müraciət etməsinlər”.

Bunu Dövlət Məşğulluq Xidmətinin rəis müavini Cəmaləddin Quliyev bildirib. C.Quliyev deyib ki, lüzumsuz müraciətlər birdəfəlik ödəməyə müraciət edən zaman sistemdə donmalara səbəb olur: “Sistemə müraciətlərin sayı da həddən artıq çox olur. Bizim sistem digər dövlət qurumlarının sistemi ilə inteqrasiya olunduğuna görə burada yükləmələr baş verir. Bu da müraciət edən vətəndaşların narazılığına səbəb olur”.