Böyük Britaniya koronavirus vaksini istehsal etməyə başlayacaq

0
153

Böyük Britaniya COVD-19 əleyhinə hələ kliniki tədqiqatlardan keçməyən vaksin istehsal edəcək.

 Bu barədə Oksforddakı Cennerovsk İnstitutunun direktoru Adrian Hillə bildirib.

Alim qeyd edib ki, bu addımın məqsədi sentyabrda milyon ədəd vaksin istehsal etmək və dərmanın effektivliyini sübut edəcəyi təqdirdə onun istifadəsinə başlamaqdır. “Hələlik bu sınaqlar davam edir, biz risklə istehsala başlamalıyıq, testlər uğursuzluğa düçar ola bilər”, – Hill deyib.

Onun sözlərinə görə, alimlər sentyabrda dərmanın milyon doza ətrafında hazır olacağını gözləyirlər. Bu halda Hill onun şanslarını da qiymətləndirib. Alim bildirib ki, yeni vaksin 80 faiz müvəffəqiyyətli olacaq.

Qeyd edək ki, vaksin “ChAdOx1 nCoV-19” adını alıb. Dərman şimpanzenin zərərsiz virusu əsasında istehsal edilir. Onun tərkibinə koronavirus kodunun genetik hissəsi əlavə edilib. Belə texnologiya daha əvvəl başqa xəstəliklərə qarşı immunitetin yaradılmasında effektivliyi göstərib.

Britaniya COVID-19 pandemiyasından zərər çəkən ölkələrdən biridir. Son gündə bu ölkədə 888 nəfər COVID-19-un qurbanı olub.

Bununla da Birləşmiş Krallıqda xəstəlikdən ölənlərin sayı 15 464-ə çatıb. Yoluxma faktlarının sayı daha 5 526 nəfər artaraq 114 217-yə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.