Bill Qeyts Trampın qərarından narahatdır – Yardımın dayandırılması səsləndiyindən daha da təhlükəlidir

0
210

Xəbər verdiyimiz kimi, ABŞ Ümumdünya Səhiyyə Təşkilatına maliyyə yardımı ayırmaqdan imtina edib. Donald Tramp həmin təşkilatı vəzifəsini düzgün icra etməməkdə və Çinlə əlbir olmaqda günahlandırıb və ÜST üçün nəzərdə tutulan illik 600 milyon dolların ödənişini dayandırıb.

Skynews xəbər verir ki, Microsoft-un qurucusu Bill Qeyts bu qərara narazılığını bildirib. Şəxsi Tvitter hesabında tvit paylaşan Bill Qeyts qərarın düzgün olmadığını qeyd edib.

“Dünya pandemiya ilə üz-üzəykən Ümumdünya Səhiyyə Təşkilatına maliyyə yardımının dayandırılması səsləndiyindən daha da təhlükəlidir. Onların işi bu virusun yayılmasının qarşısını almaqdır və əgər onların işi dayandırılsa, heç bir qurum onları əvəzləyə bilməyəcək. Hazırda dünyanın ÜST-ə heç olmadığı qədər ehtiyacı var”, – Bill Qeyts Tvitterdə yazıb.Qeyd edək ki, ötən gün amerikalı siyasətçi Roger Stone Bill Qeytsi koronavirusu yaratmaqda ittiham etmişdi.