Bakıda ekspress avtobuslarda sərnişin sıxlığı – VİDEO

0
191

Ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar Nazirlər Kabinetinin qərarına əsasən, bir neçə istiqamət üzrə xüsusi ekspress avtobusları təşkil edilib. Lakin buna baxmayaraq, hələ də sərnişin sıxlığı müşahidə edilir.

M1 və M2 ekspress marşrut xətləri üzrə avtobuslar yalnız metro stansiyalarının çıxışlarında olan təyin olunmuş məntəqələrdə dayanır. Avtobuslar 10 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərsə də, sərnişinlərin sayı kifayət qədər çoxdur. Bu isə insanlar arasında virusa yoluxma hallarının artmasına şərait yarada bilər.

Qeyd edək ki, gündəlik xəttə çıxan avtobusların sayının sərnişin axınına uyğun olaraq tənzimlənməsi, zərurət yaranacağı halda böyüktutumlu (18 metr) avtobusların istismara buraxılacağı da nəzərdə tutulmuşdu.