Bakı-Sumqayıt yolunda “SOCAR” brendi ilə yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib

0
63

Bakı şəhəri, Biləcəri qəsəbəsi, Sumqayıt şosesi, 2-ci kilometr, 4 ünvanında, Dövlət Yol Polis İdarəsinə məxsus ekologiya postu yaxınlığında “SOCAR” brendi ilə yeni yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.
“SOCAR Petroleum” QSC-dən  bildirilib ki, yeni YDM-də “Super”, “Premium”, “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı həyata keçirilir. Sürücülərin rahatlığının təmin edilməsi və vaxt itkisinin qarşısının alınması məqsədilə məntəqədə 7 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Bununla da 12 kiçik avtonəqliyyat vasitəsi və iki iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb.
QSC-nin bir ədəd sıxılmış təbii qaz doldurma məntəqəsi (STQDM) daxil olmaqla 32 yanacaqdoldurma məntəqəsi (YDM), yeni istifadəyə verilmiş məntəqə ilə birlikdə isə YDM şəbəkəsi 33-ə çatdırılıb. Hazırda bu yanacaqdoldurma məntəqəsində 27 nəfər işçi çalışır.
“SOCAR Petroleum” 33 YDM şəbəkəsi və 11 neft terminal bazası fəaliyyət göstərir. Respublikada yeganə CNG terminalı və CNG şəbəkəsi olan QSC ekoloji baxımdan təmiz olan CNG yanacağının tətbiqində liderdir. “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərdə hər bir müştəri üçün yanacağın həcm dəqiqliyini yoxlamaq imkanı və digər üstünlüklər var.