Bərdədə güclü yanğın

0
45

Bərdədə güclü yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən  bildiriblər ki, hadisə rayonun Həsənqaya kəndində ümumi sahəsi 420 kvadratmetr olan tikilidə qeydə alınıb. Nəticədə bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərin – çörəkbişirmə sexinin, avtoyuma məntəqəsinin və qaynaq sexinin lambirindən ibarət tavanı və taxta materiallardan ibarət çardağı 150 kvadratmetr sahədə, qaynaq sexində olan “Mersedes” markalı mikroavtobus yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.