Azərbaycanda daha bir yüksək vəzifəyə təyinat – ÖZƏL

0
392

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində növbəti kadr dəyişikliyi olub.

Bununla bağlı müvafiq əmri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev imzalayıb.

Əmrə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə F.Musayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri vəzifəsinə təyinat alıb.