Azərbaycan nefti 20 faizədək bahalaşdı

0
346
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 3,9 ABŞ dolları, yaxud 19,27% artıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 24,14 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, indiyə qədər “Azeri LT CIF” neftinin minimal qiyməti aprelin 1-də (16,53 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.