Azərbaycanda məmur ÖZÜNÜ GÜLLƏLƏYİB ÖLDÜRDÜ – FOTO

0
405

 

Lerik rayonunda 1977-ci il təvəllüdlü Qalib Naib oğlu Quliyev yaşadığı evin həyətində odlu silahla özünü vurub.

O, Lerik Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

İntihar edən şəxs ailəli olub və Lerik Rayon İcra Hakimiyyəti Aparatının Humanitar şöbəsində məsləhətçi vəzifəsində çalışıb.

İlkin məlumata görə, Q.Quliyevin intiharına xeyli miqdarda pul borcunun olması səbəb ola bilər.

Faktla bağlı Lerik Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.