Azərbaycanda bu yaşda adamlar koronavirusdan ölür — RƏSMİ

0
61

Azərbaycanda koronavirusdan vəfat edən şəxslərin yaş bölgüsü açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı  məlumat  verib.

Onun  sözlərinə   görə, koronavirusdan vəfat edənlərin 5 faizi 40-49, 24 faizi 50-59, 30 faizi 60-69, 14 faizi 70-79 yaşda olanlar, 19 faizi isə yaşı 80-dən yuxarı olan şəxslərdir.

Onun sözlərinə görə, bugünkü test sayı 4127, ümumi test sayı 114.410 olub:

“Ümumi yoluxma 1592-dir, 21 ölüm halı var. Vəfat edənlər arasında həkim həmkarımız da var, onun ailəsinə dərin hüznlə başsağlığı veririk. Ölkədə ümumi sağalanların sayı 1013, aktiv xəstələrin sayı 558-dir. Hazırda reanimasiyada olan xəstə sayı 20 nəfərdir, onlar əsasən Mərkəzi Neftçilər Xəstəxanası və “Yeni klinika”da olanlardır”.

R. Bayramlı deyib ki, gündəlik yoluxma hallarının sayında azalma meyli var:

“Aprelin əvvəlində yoluxma pik həddə çatıb. 1 fakt 30-60 yoluxmaya səbəb olur. Sağalanların sayı yoluxanların sayını üstələyir, bu, müsbət dinamikadır. Əvvəlki günlər 200 test edə bilirdiksə, indi gündəlik 4000-6000 test edə bilirik.