Azərbaycanda 9 yaşlı uşağın QEYRİ-ADİ ÖLÜMÜ – Qəbiristanlıqda oynayarkən…

0
79

Masallı rayonunda bədbəxt hadisə baş verib.

Ötən gün rayonun Şıxlar kəndində 2011-ci il təvəllüdlü Səmədov Əhəd Rizvan oğlu yaşadığı evin yaxınlığında yerləşən qəbiristanlıqda oynayarkən qəbir daşı aşaraq onun üzərinə düşüb. Ə.Səmədov hadisə yerində ölüb.

Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib.

Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.