Ata ilə oğul 14 yaşlı qızı zorladılar

0
154

Binəqədi rayonunda dəhşətli cinayət hadisəsi baş verib. Ata ilə oğul 14 yaşına çatmayan qızı zorlayıblar.

Cümşüdov Ceyhun Əziz oğlu Cinayət Məcəlləsinin 149.3.3-cü ( Zorlama- təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə, oğlu Cümşüdzadə Yasim Ceyhun oğlu isə 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri etmə- təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə Binəqıədi Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Hər iki şəxs barəsində Binəqədi Rayon Məhkəməsinin hakimi Fərid Əmirquliyevin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.