Aralıq dənizi pəhrizi beyinin qocalmasının qarşısını alır

0
107

Aralıq dənizi pəhrizi beyinin fəaliyyətini yaxşılaşdırır və onu qocalmaqdan qoruyur.

alimlər bu pəhrizin doqquz komponentinin (müxtəlif meyvələr, tərəvəzlər, buğda, qoz, lobya, balıq və zeytun yağı) beyinə təsirini araşdırıblar.

Bundan əlavə, qida rasionundan qırmızı ətin və spirtli içkilərin çıxarılması gözdən keçirilib. Araşdırmalara səkkiz minə yaxın könüllü qoşulub. Mütəxəssislər uzun illər boyu həmin insanları nəzarətdə saxlayıblar.

Məlum olub ki, pəhrizə riayət edən insanlarda demək olar ki, beyin problemləri müşahidə olunmayıb.