“Anglo Asian Mining” İsveçrəyə 132 kq qızıl göndərib

0
178

“Anglo Asian Mining” İsveçrəyə 132 kq qızıl göndərib

Azərbaycanda qızıl, mis və gümüş istehsalı ilə məşğul “Anglo Asian Mining” mədən şirkəti İsveçrəyə 4,688 unsiya (132 kg) qızıl ərintisi göndərib.

Qızılın daşınması çarter avireysi ilə həyata keçirilib.

Bundan əlavə məlumatda qeyd olunub ki, şirkət mis konsentratı daşınmalarını da avtomobil yolu ilə davam etdirir. “Bu daşınma koronavirusun səbəb olduğu əməliyyat problemlərinə baxmayaraq şirkətin çevik fəaliyyətini nümayiş etdirir”,- deyə şirkətin icraçı direktoru Reza Vəziri bildirib.

Qeyd edək ki, “Anglo-Asian Mining” şirkəti Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Pay Bölgüsü Sazişi) müqaviləsi çərçivəsində hasilatla məşğul olur. Sazişə əsasən Azərbaycanın payı 51%, “Anglo-Asian Mining Plc.” şirkətinin payı isə 49% təşkil edir.