ABŞ-dan təhdid: Nüvə zərbəsi endirə bilərik

0
84

ABŞ kosmik infrastrukturuna qarşı yönələn hər hansı ciddi hücuma cavab olaraq nüvə zərbəsi endirə bilər.
Bu haqda ABŞ baş katibinin köməkçisi Kristofer Ford bəyan edib.
Onun sözlərinə görə, ABŞ-ın potensial düşmənləri bilməlidirlər ki, ölkənin kosmik infrastrukturuna hücum Birləşmiş Ştatların özünə hücum kimi qiymətləndiriləcək.
“Bildiyiniz kimi bu infrastruktur ABŞ-ın Milli təhlükəsizlik strategiyasına daxildir. Və bu təsadüfi deyil”, – deyə Ford vurğulayıb.