88 yaşlı kişi həyat yoldaşını görmək üçün qaldırıcı krandan istifadə etdi – VİDEO

0
112

88 yaşlı Nik Avtqes qocalar evində qalan həyat yoldaşını görmək üçün qaldırıcı krandan istifadə edib.

“NY Post” xəbər verir ki, koronavirus pandemiyası ilə bağlı tətbiq edilən karantin rejimindən öncə cütlük hər gün görüşürmüş.

Onlar 61 ildir bir yerdə yaşayır, lakin bir il öncə Marion qocalar evinə yerləşməli olub. Karantindən sonra isə Nikə bura gəlmək qadağan edilib.

Kişinin qohumları onun darıxdığını görüb və oğlu Kris “Facebook”da atası üçün qaldırıcı kran icarə etməkdə kömək istəyib.

Krisin keçmiş sinif yoldaşı bu xahişi yerinə yetirərək həmin qurğunu sifariş edib.

Bir gün sonra isə sevincli Nik qaldırıcı kranın vasitəsi ilə Marionu görməyə, hətta ona toxunmağa imkan tapıb.