“20 Yanvar”ın bu çıxışının istiqaməti dəyişir

0
59

Bakı-Sumqayıt yolunun genişləndirilməsi məqsədilə aparılan işlər çərçivəsində “20 Yanvar” metrostansiyasının çıxış istiqaməti dəyişdirilir.
sözügedən stansiyanın Azərsu ASC-nin inzibati binasının qarşısındakı olan çıxışı artıq bağlanıb. Tamamilə torpaqla doldurulan və üstü bağlanan çıxışın istiqaməti bağlanır. Stansiyanın keçid hissəsi saxlanılmaqla çıxış əvvəlkinin tam əksinə olacaq. Aparılan işlərlə əlaqədar olaraq ASC-nin qarşısında quraşdırılan kiçik fantan söküləcək. Sərnişinlər artıq Azərsu ASC-nin qarşısına tərəf çıxacaqlar.
Metronun bağlanan çıxış hissəsi isə yola qatılacaq. Bu, “Şamaxinka” ərazisindən “20 Yanvar” istiqamətində hərəkət edən avtomobillərin tıxaca düşmədən üzü Respublika Kliniki Xəstəxanasına tərəf rahat hərəkət etməsinə şərait yaradacaq.