Zaqatalada polis yaşlı insanlara ərzaq yardımı etdi – VİDEO

0
99

Zaqatalada polis yaşlı insanlara ərzaq yardımı edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları xüsusi karantin rejimi qaydalarına uyğun olaraq çölə çıxa bilməyən, tənha yaşayan, eləcə də, maddi cəhətdən imkanı zəif olan yaşlı insanlara  baş çəkib.

65 yaşdan yuxarı şəxslərin çölə çıxa bilməmələri nəzərə alınaraq, müxtəlif ərzaq məhsullarından ibarət bağlamalar onlara öz evlərində təqdim edilib. Polis Şöbəsinin əməkdaşları 20-dən çox belə ailəyə baş çəkib və onlara kömək göstərib.

Yaşlı insanlar tərəfindən də bu aksiya böyük sevinclə qarşılanıb, onlar göstərdikləri diqqətə görə polislərə minnətdarlıqlarını bildiriblər. Həmçinin, polis əməkdaşları həmin şəxslərlə bir daha maarifləndirici söhbətlər aparıb, karantin rejimi qaydalarına riayət etmələrinin vacib olduğu onların diqqətinə çatdırılıb.