Yalnız rəsmi xəbərlərə inanın

0
723

 

Sosial şəbəkələrdə koronavirus xəstəliyi ilə mübarizə ilə bağlı müxtəlif əsassız məlumatların yayılmasının insanları narahatçılığına səbəb olması artıq hər bir kəsə məlumdur.

İctimai Nəzarət Koalisiyasının sədri, DAMM-ın 1-ci vitse-prezidenti, SİMİB rəhbəri Rasim Məmmədov da bu məsələ ilə əlaqədar fikirlərini, tövsiyələrini bildirmişdir: “Respublika prezidenti İlham Əliyevin şəxsi, ciddi nəzarəti altında olan bu məlumatların dəqiqləşdirilməsi və operativ tədbirlərin görülməsi göz qabağındadır.
Bu problemlə bağlı bütün məlumatların rəsmi mətbuat orqanlarından alınması da vacibdir. Hər hansı halda ölkə rəhbərliyinin əhalinin sağlamlığı üçün nəzərdə tutduğu və tutacağı tədbirlər və məlumatlar diqqət mərkəzində olmalıdır.
İctimai Nəzarət Koalisiyası da cəmiyyətdə və insanlar arasında çaşqınlıq yaradılmasına əsas verən məlumatlardan uzaq durmağa və bu məlumatları yayıb ajiotaj yaratmaq istəyənlərə qarşı mübarizə aparmağa, eyni zamanda hər bir kəsi səbrli və təmkinli olmağa çağırır. Qarşılaşdığımız bu çətinlikdən üzüağ çıxacağımıza inanıram.”

“ictimaixeber.az”