Xarici valyutada problemli kreditlərin həcmi artıb

0
402

Azərbaycanda xarici valyutada olan problemli kreditlərin həcmi yanvar ayı ərzində 1,4% artaraq cari il fevralın 1-nə milli valyutada ekvivalentində 578,5 mln. manat təşkil edib.

Bu kateqoriyadan olan problemli kreditlərin həcmi örtən ilin eyni dövrü ilə müqayisədə isə 27% azalıb.

Qeyd edək ki, 2020-ci il fevralın 1-nə əsasən maliyyə və kredit təşkilatları tərəfindən ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşu 15 513,6 mln. manat təşkil edib. Bunun isə 1 306,9 mln. manat və ya 8,4%-nin vaxtı keçib.

2020-ci il fevralın 1-nə əsasən vaxtı keçmiş kreditlərin 55,7%-i milli valyutada, 44,3%-i xarici valyutada olub.

Xatırladaq ki, xarici valyutada kreditlərin problemli kreditlərdə xüsusi çəkisi ötən ilin müvafiq dövründəki 50,5% təşkil edib.