Türkiyədə narkotik alveri edən azərbaycanlı saxlanıldı – VİDEO

0
98

Türkiyədə narkotik alveri edən azərbaycanlı saxlanılıb.

“Hurriyet” xəbər verir ki, İstanbul şəhərinin Küçükçekmece bölgəsində 31 yaşlı Azər P.-nın üzərində 5 qram heroin aşkar edilib.

Polis əməkdaşı ona zəng edərək narkotik alıcısı kimi danışıb və görüş təyin edib. Razılaşdırılmış əraziyə gələn Azər P. nəzarətə götürülüb.

Onun evində aparılan axtarış zamanı 1 kilo 70 qram heroin, tərəzi, 14462 lirə (3.891 AZN) və 105 dollar (178 AZN) tapılıb. Evdə olan 25 yaşlı Günel R. də polis nəzarətinə götürülüb.

Azər P. məhkəmə zalında həbs edilib, Günel R. isə azadlığa buraxılıb.