Türkiyə telekanalı Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı süjet hazırladı – VİDEO

0
240

Türkiyənin “HaberGlobal” telekanalı 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş süjet hazırlayıb.

Süjetdə 31 mart Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri kimi təqdim edilib.

102 il əvvəl 1918-ci il martın 31-də Bakıda on minlərlə azərbaycanlının qətlə yetirildiyi qeyd edilib.

Süjetdə həmçinin, Bakının Qafqaz İslam Ordusunun köməyi ilə daşnak-bolşevik birləşmələrindən azad olunduğu vurğulanıb.