“Toylar təxirə salınmalıdır” – Koronavirusa görə toylar təxirə salınırmı? – VİDEO

0
125

CƏMİYYƏT

Son günlər koronavirus təhlükəsi ölkənin bütün xidmət sahələrinə öz təsirini göstərib. Bəs insanların ən çox toplaşdığı məkan kimi toylar necə təxirə salına bilərmi? Bunu öyrənmək məqsədilə paytaxtda yerləşən bir neçə şadlıq sarayına müraciət etdik. Və hələlik toy biznesində hər şeyin yolunda getdiyini, şadlıq saraylarında gündəlik toyların keçirildiyini öyrəndik.

Ayaz Məmiyev – Restoran inzibatçısı: “Hər şey öz qaydasındadır, yəni heç bir dəyişiklik yoxdur. Özünüz də gördüyünüz kimi bu günləridə toy var, hətta bayaq fikir verdiz ki, müştərilər gəlir-gedir. Heç bir şeyə təsiri yoxdur və heç kim də toyu təxirə salmaq üçün bizə müraciət etməyib”.

Amma toylar insanların ən çox yığışdığı tədbirlərdən olduğu üçün virus yayılma ehtimalı da çoxdur. Mütəxəssisər də bununla bağlı xəbərdalıq edir.

Sədrəddin Atakişizadə – ATU-nun yoluxucu xəstəliklər kafedrasının dosenti: “Koronavirus infeksiyası hava-damcı yolu ilə keçir, ona görə də biz məsləhət görürük ki, insanların kütləvi yığışılması müvəqqəti olaraq dayandırılmalıdır. Bilirsiz ki, şadlıq evlərində də həddən artıq insan kütləsi yığılır və bu da insanların hava-damcı yolu ilə yoluxmasına səbəb ola bilər”.

Elmar Nurəliyev – Təhlükəsizlik eksperti: “İnsanların daha çox cəmləşdiyi məkanlar, restoranlar, şadlıq sarayları, otellər nəinki yayılmış virusla bağlı hətta ildə 2 dəfə, 2 dəfədən az olmayaraq dezinfeksiya edilməlidir. Yəni ixtisaslaşmamış şirkətlər, lisenziyası olan şirkətlər gəlib, insanların daha çox cəmləşdiyi otellər, şadlıq sarayları, resoranları dezinfeksiya etməlidirlər”.

Şadlıq sarayı rəhbərliyi hər toydan sonra restoranda təmizlik və dezinfeksiya işlərinin aparıldığını bildirirlər. Onların fikrincə, bununla xəstəliklərin yayılmasının qarşısı alınır.

Ayaz Məmiyev – Restoran inzibatçısı: “Şirkətlər var çağırırıq axşam toydan sonra gəlib dezinfeksiya edirlər. Toylar bitəndən sonra, axşamlar dezinfeksiya olunur, qapılar bağlanır, səhər havalandırma qoşulur sonra davamı gəlir”.

Ancaq toylarda virus təhlükəsi təkcə sarayın dezinfeksiyası ilə bitmir. İnsanların da bu məsələdə həssas yanaşması vacibdir.

Elmar Nurəliyev – Təhlükəsizlik eksperti: “İnsanların tibbi müayinədən keçməsini təmin etmək lazımdır. İş yerlərində sanitar gigiyenik qaydalara əməl olunmalıdır. Restoranlarda işləyən işçilərin əllərində əlcək, başlarında başlıq olması, ağızlıqların olması, yəni qoruyucu maskalardan istifadə etməsi çox önəmlidir”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında yaradılmış operativ qərargah əhaliyə qarşıdakı aylarda toy və bu cür məclislərin təxirə salınmasını, yas mərasimlərinin isə kütləvi keçirilməməsini tövsiyə edib.