Tokioda sakura ağacları tam çiçəkləyib – FOTOSESSİYA

0
266

 

Yaponiya Milli Meteorologiya Agentliyinin yaydığı məlumata əsasən, martın 22-də paytaxt Tokioda sakura ağacları tam çiçəkləyib.

Sakuraların çiçəkləməsi orta hesabla adətən olduğundan 12 gün, ötən ildəkindən isə 5 gün tez baş verib. Həmin gün Tokionun mərkəzində termometrlərin civə sütunu müsbət 23,7 dərəcə göstərib. Bu, may ayı üçün xarakterik olan temperaturdur. Paytaxt prefekturasına daxil olan Ome şəhərində 27,1 dərəcə, Çiçibu prefekturasının Saytama şəhərində 26,7 dərəcə isti qeydə alınıb.

COVID-19 pandemiyasına görə Yaponiya hökuməti sakura ağacları altında hər il təşkil edilən ziyafətlərin keçirilməsinə icazə vermir.