Ev Cəmiyyət Tənha yaşayan 300 nəfərə yardım edildi – FOTOLAR

Tənha yaşayan 300 nəfərə yardım edildi – FOTOLAR

0
230

Tənha yaşayan 300 nəfərə yardım edildi- FOTOLAR
Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə tam riayət olunması məqsədilə geniş miqyaslı tədbirlər həyata keçirilir. 

Qubadlı rayonunda İnfeksiyanın yayılması hallarının qarşısının alınması, bu sahədə aparılan profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə müvafiq tapşırıqlara əsasən rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə, binalarda, rayonun idarə və müəssisələrində, ümumtəhsil məktəblərində və uşaq bağçalarında sanitar-dezinfeksiya işləri aparılıb.

Vətəndaşların şəxsi gigiyena qaydalarına əməl etmələri, təmas imkanlarını minimuma endirmələri  barədə fərdi qaydada maarifləndirmə işləri aparılır.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbi ilə 65 yaşdan yuxarı tənha yaşayan 300 nəfər sakin gündəlik vacib olan əsas təlabat malları ilə təmin ediliblər. Rayon sakinlərinin, xüsusilə yaşı 65-dən yuxarı olan insanların təhlükəsizliyini təmin etmək və gigiyenik qaydalara əməl olunması məqsədilə qeyd olunan tədbir və maarifləndirmə, eyni zamanda sanitar-dezinfeksiya işləri mütəmadi olaraq davam etdiriləcəkdir.