Təhsil Nazirliyi dərs ilinin əvəzlənməsi ilə əlaqəli təkliflər hazırlayır

0
176

“Biz buraxılmış dərslərin əvəzlənməsi və bərpası ilə əlaqəli müxtəlif versiyaları nəzərdən keçiririk”.

Milli.Az Trend-ə istinadən bildirir ki, Təhsil naziri Ceyhun Bayramov AzTV-nin efirindəki çıxış nitqində bu haqda qeyd edib.

Nazirin sözlərinə görə, tədris müddətinin bərpasının ardından nazirlik mövcud vəziyyəti nəzərə alaraq, Azərbaycanda tədrislə əlaqəli yekun təkliflərini hazırlayıb hökumətə təqdim edəcək.

C.Bayramov tədris ili ilə əlaqəli qərarların qəbulunun hökumətin səlahiyyətində olduğunu əlavə edib.