Sumqayıtda yaşayış binasında partlayış, yaralılar var

0
83

Sumqayıtda yaşayış binasında partlayış, yaralılar var

Sumqayıtda axşam saatlarında yaşayış binasında partlayış olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayonunda ev 71, mənzil 33 ünvanında qeydə alınıb.

Belə ki, qaz sızması nəticəsində baş verən partlayış nəticəsində 1960-cı il təvəllüdlü Nuriyev Məhyəddin Balaxan oğlu və onun həyat yoldaşı 1970-ci il təvəllüdlü Nuriyeva Narınc Ağacəfər qızı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Sumqayıt Şəhər Təcili Tibbi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.