Sudanın hökumət başçısına sui-qəsd olub – VİDEO

0
179

 

Sudanda naməlum şəxslər baş nazir Abdullah Hamduka qarşı sui-qəsd həyata keçiriblər.

Bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilir ki, onun kortejinə bomba quraşdırılmış avtomobillə hücum olub.

Hadisə paytaxt Hartumun mərkəzində baş verib. Hücum nəticəsində bir nəfər yaralanıb.

Məlumata görə, baş nazir sağdır və təhlükəsiz yerə aparılıb.