ABŞ səfirliyi raketlərlə ATƏŞƏ TUTULDU

0
123

SON DƏQİQƏ: ABŞ səfirliyi raketlərlə ATƏŞƏ TUTULDU

Bağdadda ABŞ səfirliyinin yerləşdiyi əraziyə 2 raket zərbəsi endirilib.

Hücumdan sonra ərazidə partlayış səsləri eşidilib. Ardınca həyəcan siqnalları işə düşüb. Yerli mənbələrin məlumatına görə, hücumun hədəfində ABŞ səfirliyi olub.

Fəsadlara dair məlumat yoxdur. Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Qeyd edək ki, ABŞ səfirliyinin yerləşdiyi “Yaşıl bölgə”də bir sıra dövlət və hökumət binaları yerləşir.