Sabah Milli Məclisdə yeni sədr seçiləcək

0
140

Martın 11-də Milli Məclisin İntizam Komissiyası toplanacaq.

Bu barədə  parlamentin deputatı Fəzail Ağamalı məlumat verib.

O bildirib ki, iclasda İntizam Komissiyasının sədri seçiləcək.

Yeni çağırış Milli Məclisin İntizam komissiyasının tərkibi müəyyənləşib.

Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci maddəsinə uyğun olaraq, parlamentin Məclisinin İntizam komissiyası aşağıdakı tərkibdə yaradılıb:

1. Ağamalı Fəzail Rəhim oğlu,

2. Həsənov Nurlan Urfan oğlu,

3. Həsənova Afət Əbil qızı,

4. İbrahimqızı Məlahət İbrahim qızı,

5. İbrahimov Eldar Rza oğlu,

6. Məhəməliyev Nəsib Məhəmməd oğlu,

7. Məmmədov Hikmət Baba oğlu,

8. Məmmədov Məşhur Şahbaz oğlu,

9. Möhbalıyev Səttar Suliddin oğlu,

10. Musayev Madər Əliəsgər oğlu,

11. Səfərov Nizami Abdulla oğlu.