Səhiyyə Nazirliyi spirtlə bağlı əhaliyə XƏBƏRDARLIQ ETDİ

0
81

Apteklərdə satışda olan dezinfeksiyaedici etanol tərkibli məhluldan (tibbi etil spirti) yalnız dezinfeksiya məqsədilə istifadə olunması tövsiyə olunur.

Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi vətəndaşlara müraciətində bildirilib.

Qeyd olunub ki, adıçəkilən məhlulun hər hansı durulaşmada daxilə qəbulu təhlükəlidir və yolverilməzdir.

Analitik Ekspertiza Mərkəzi əhalini bu məsələdə diqqətli və ehtiyatlı olmağa çağırıb.