Rusiya nəşri Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən bəhs edir

0
569

Rusiyanın “Rosbalt” nəşrində Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən bəhs edən məqalə dərc olunub.

Məqalə müəllifi Prezident İlham Əliyevin atası, ümummilli lider Heydər Əliyev kimi cəsarətli adam olduğunu qeyd edir. “Parlamentin ilk iclasında çıxışı zamanı o, burnunu Azərbaycanın daxili işlərinə soxmağa və ölkədə sabitliyi silkələməyə çalışanlara bu işin perspektivsiz olduğunu izah etdi”, – deyə müəllif vurğulayıb.

Məqalə müəllifi qeyd edib ki, Prezident İlham Əliyev çıxışında inqilablar baş vermiş qonşu ölkələrdə gedən proseslərdən danışaraq, çevrilişlərin bu ölkələrə yalnız ziyan vurduğunu, qarşıdurma yaratdığını bildirib.

“Həqiqətən, bütün dünyanı bürümüş ciddi maliyyə-iqtisadi problemlər fonunda Azərbaycan müvazinətini itirmir”, – yazan müəllif Azərbaycan iqtisadiyyatında müsbət inkişaf göstəriciləri barədə məlumat verib.