Rəşad Mahmudov: Azərbaycanda koronavirusa görə görülən tədbirlər insanların rahatlığını təmin edir – VİDEO

0
116

“Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq üçün görülən tədbirlər ölkəmizdəki insanların həm tibbi, həm də psixoloji baxımdan rahatlığını təmin edir”.

Bunu “Trend” İnformasiya Agentliyinin “PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah” adlı video layihəsinə müsahibə verən Milli Məclisin deputatı, tibb üzrə fəlsəfə doktoru Rəşad Mahmudov deyib.

Onun sözlərinə görə, koronavirusla əlaqədar Nazirlər Kabineti yanında yaradılan operativ qərargahın gündəlik məlumatları barədə Prezident İlham Əliyevə şəxsən məlumatlar verilir:

“Dövlət başçısı ölkə vətəndaşlarına çox gözəl mesaj verdi ki, bu gün dünyada koronavirusla bağlı mövcud olan problemlərə baxmayaraq, Azərbaycan dövləti üzərinə düşən məsuliyyəti hiss edərək lazım olan tədbirləri ən yüksək səviyyədə görməyə çalışır. Hər kəs də bilməlidir ki, ölkədə hər şey nəzarət altındadır. Bu gün dövlət bütün prosesləri koordinasiya edərək yoluxmanın qarşısının alınması, onun nəzarətdə saxlanılması üçün lazımi tədbirlər görür. Dünyada bu virusddan sığortalanmış heç bir yoxdur, onun yayılmasının qarşısı almaq mümkün deyil. Amma məsələni nəzarətdə saxlamaq insanların həm tibbi, həm də psixoloji baxımdan rahatlığını təmin edir”.