Qarabağ qazisi vəfat etdi

0
183

 


Martın 8-də Qarabağ qazisi Ələkbər Talıbov vəfat edib.
Bu barədə məlumatı mərhumun oğlu, tarixçi alim Sübhan Talıblı sosial şəbəkədə paylaşıb.
Ələkbər Talıbov 1953-cü il avqustun 7-də Neftçala rayonunun Bankə qəsəbəsində anadan olub. O, 20 Yanvar faciəsi zamanı yüksək vətəndaşlıq nümunəsi, mərdlik və hünər göstərdiyinə görə “Azadlıq uğrunda mübariz” fəxri adına layiq görülüb. Qarabağ müharibəsində də iştirak edib. Qarabağın müxtəlif bölgələrində erməni işğalçılarına qarşı döyüşüb.
O, Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətində gəmi kapitanı kimi çalışırdı.
Allah rəhmət etsin!