“Onlar bu cür gözəl addımları ilə əslində hər birimizə gözəl örnək olmaqda davam edirlər”

0
362

Təşəkkürlər dəyərli Mehriban xanım Əliyeva və dəyərli Leyla xanım Əliyeva! Tovuz rayonundan maddi imkanları ağır bir ailənin övladı olan, sağlamlığı ilə bağlı ağır problemlər yaşayan balaca İlkin İbadzadə balamızın Türkiyədə sümük iliyi köçürülməsi əməliyyatı uğurla başa çatıb.

Çox ağır bir əməliyyatı qardaş Türkiyənin həkimləri yüksək səviyyədə həyata keçiriblər. Çox hörmətli Mehriban xanım Əliyevaya və çox dəyərli Leyla xanım Əliyevaya İlkinə göstərdikləri dəstəkdan dolayı öz adımdan və İlkinin ailəsi adından təşəkkür edirəm. İlkinin Türkiyəyə əməliyyata göndərilməsi, əməliyyatı və əməliyyatdan sonra xeyli müddət qardaş ölkədə həkim nəzarətində olması Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilib və keçirilir. Bir az əvvəl İlkinin əziz anası ilə təkrar danışdım, əməliyyadan sonra İlkinin vəziyyəti yaxşılaşır deyir. İlkinin yenidən həyata qayıtmasına və sağlamlığına qovuşmasına vəsilə olan Mehriban xanım Əliyevaya və Leyla xanım Əliyevaya hər zaman olduğu kimi bu dəfə də çətin vəziyyətdə olan ailəyə yardım etdikləri üçün təşəkkür edirik. Onlar bu cür gözəl addımları ilə əslində hər birimizə gözəl örnək olmaqda davam edirlər. Əziz balaca İlkinə bundan sonra həyatında daima sağlamlıq, xoşbəxtlik və uğurlar diləyirəm. Allah hər zaman yardımçısı olsun.

Qənirə Paşayeva, Millət vəkili