Müsəlman türk siyasətçi “pivə” əyalətində  mer ola bilər….-FOTOLAR+VİDEO 

0
83

 


Geniş təbəssümlü, qarabəniz, saqqallı bir türk, müsəlman olan Ozan İyibaş Almaniyanın Bavariya əyalətindəki bələdiyyə seçkilərində qələbə üçün ən xarakterik namizəd olmasa da, qalib gəlmə şansının yüksək olduğuna şübhə etmir.
 “The Local” nəşrinin dərc etdiyi məqalədə belə deyilir. Etnik bir müsəlman Almaniyanın Xristian Demokratik İttifaqı(XDİ) partiyasından Bavariyanın Noyfarn şəhərinin merliyinə namizədliyini irəli sürüb.
Uzun zamanlı pivə ənənələri olan  əyalətdə çay içən 37 yaşlı bir müsəlman siyasətçi bir İslam davamçısının əhalisinin  əksəriyyətini katolik xristianlar  təşkil edən bir şəhərin meri olmasında heç bir ziddiyyət görmür.
XDİ mühafizəkar almanlar üçün qeyri-adi olan İyibaş obrazının Noyfarnda partiyanın elektorat qazanmasına və bələdiyyə sədrliyini  Yaşıllar Partiyasının  “əlindən alması”na kömək olacağına ümid edir.
…Ərzaq mağazasının girişində  İyibaş yaşlı bir alman qadını qarşılayır.
“Məncə, əyalətdə əsas problem mənzillə bağlıdır. Namizədlərin dini isə heç bir əhəmiyyət kəsb etmir “, – deyə təqaüdçü xanım dini azlıqdan olan siyasətçini  əmin edir.