Milan parklarında dovşanlar peyda olub – FOTO

0
110

İtaliyada koronavirusla bağlı tətbiq edilən karantin səbəbindən ölkənin bütün turistik abidə və yerləri boş qalıb.

“GreenMe” xəbər verir ki, yaranan vəziyyət sayəsində ölkənin ən böyük şəhərlərindən biri olan Milanda dovşanların sayı artıb.

Ətrafda insanların olmaması səbəbindən dovşanlar yerli parklarda istirahət edirlər.

Qeyd etmək lazımdır ki, qabaqlar parklarda dovşana axşam və ya gecə saatlarında rast gəlmək olurdu.

Lakin indi bu heyvanlar günün günorta çağında parklarda gəzişir və istirahət edirlər.