Mehriban Zeynalova: “Əməyimin yüksək qiymətləndirilməsi məni çox sevindirir”

0
114

“Bu mənim üçün ən böyük bayram hədiyyəsi oldu. Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm”.

Bunu bu gün Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edilən “Təmiz Dünya” Mərkəzinin rəhbəri Mehriban Zeynalova deyib.

O bildirib ki, qadın hüquqları müdafiəsi sahəsində Beynəlxalq Qadınlar Günü ərəfəsində dövlət başçısından təltif almaq xoş duyğudur:

“Bu günə qədər heç bir qarşılıq gözləmədən dövlətimə xidmət etmişəm. Əməyimin Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilməsi məni çox sevindirir. Hisslərimi ifadə etməkdə çətinlik çəkirəm. Bu cür qiymətləndirilmək insanı həm sevindirir, həm də üzərinə daha böyük məsuliyyət qoyur.

Bundan sonrakı fəaliyyətimdə də cənab Prezident İlham Əliyevin mənə verdiyi yüksək dəyəri stimul olaraq qəbul edəcək, ölkəm, vətənim və millətim üçün daha da faydalı olmaqla bağlı vicdanım qarşısındakı sözümü bundan sonra da tutmağa çalışacağam. Hər kəsə təşəkkür edirəm”.