Mahsun Kırmızıgül Mübariz Mənsimova BELƏ DƏSTƏK OLDU: Azərbaycan xalqının…

0
268

Mahsun Kırmızıgül Mübariz Mənsimova BELƏ DƏSTƏK OLDU: Azərbaycan xalqının...

“Türkiyədə bir qəpik qazanmadan dünya dənizlərində işçi olaraq bütün qazandığını ölkəyə yatıran Azərbaycan xalqının qiymətlisi, Türkiyə sevdalısı, dostum Mübariz Mənsimov həbs olunaraq cəza evinə aparılıb. 20 illik dostum olan Mübariz Mənsimovun bir an azadlığa qovuşmağını diləyirəm”.

Bu sözləri məşhur müğənni, rejissor və aktyor Mahsun Kırmızıgül sosial media hesabında yazıb. Mübariz Mənsimovun həbsinə etiraz səsini qaldıran məşhur sonuna qədər onun yanında olduğunu bildirib.

Xatırladaq ki, İstanbul Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində azərbaycanlı iş adamı Mübariz Mənsimov saxlanılıb, daha sonra barəsində həbs qərarı verilib. Məlumata görə, İstanbul Maliyyə Cinayətləri ilə Mübarizə İdarəsi iş adamının ofislərində axtarışlar aparır.