Məscidlərdə yas mərasimlərinə məhdudiyyət qoyuldu – YENİLƏNİB

0
113

Azərbaycanda bir sıra məscidlərində koronavirus təhlükəsi ilə əlaqədar olaraq yas mərasimlərinin keçirilməsi qadağan edilib.

 Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) göstərişi ilə “Təzə Pir” və “Heydər” məscidilərinin mərasim zallarında yas mərasimlərinin keçirilməsinə məhdudiyyət qoyulub.

17:39

“Təzə Pir” məscidində ehsan verilməsi məhdudlaşdırılıb.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, ötən həftə koronavirus təhlükəsi ilə bağlı verilən tövsiyələrə uyğun olaraq, məscidin mərasim zallarında yas mərasimlərinin keçirilməsinə məhdudiyyət qoyulub:

“Məhdudiyyətin nə zamana qədər davam edəcəyi ilə bağlı hələlik məlumat yoxdur”.