Lavrov tələb etdi, Türkiyə azadlığa buraxdı

0
361

Sputnik Türkiyənin baş redaktoru Mahir Boztəpə bu gün polis tərəfindən saxlanılıb.

Boztəpə ilə yanaşı agentliyin daha 3 əməkdaşı tutulub.

***

Mahir Boztəpə sərbəst buraxılıb.

Bundan öncə, Rusiya XİN rəhbəri türkiyəli həmkarından Sputnik-lə bağlı yaranmış vəziyyətin yoluna qoyulmasını tələb etmişdi.

Qeyd edək ki, ötən gün Rusiyanın Sputnikagentliyi 80 il öncə Türkiyə torpaqlarına qatılan Hatay vilayəti ilə bağlı təxribat xarakterli məlumat paylaşmışdı. Yazıda 1923-cü ildə imzalanan “Lozanna” müqaviləsi ilə Türkiyənin sərhədlərinin təyin edildiyi, Hatayın isə ani şəkildə Suriyadan alınaraq, Türkiyəyə birləşdirildiyi vurğulanmışdı.