Koronaviruslu xəstələr üçün ən təhlükəli dərmanların adları

0
86

Koronavirusa yoluxanlara bəzi dərman vasitələrindən uzaq durmaq məsləhət görülür. Belə ki, “İbuprofen” və “Kortizon” bu virusa tutulanların səhhətini daha da ağırlaşdıra bilər.

Bu barədə Fransanın Səhiyyə naziri Olivye Veran özünün “Twitter” səhifəsində yazıb və qeyd edib ki, həmin preparatlar koronaviruslu xəstələr üçün olduqca təhlükəlidir.

Veran, həmçinin virusa yoluxmuş şəxslərə özünümüalicədən imtina etməyi və yalnız həkim tərəfindən təyin olunan dərmanları qəbul etməyi məsləhət görüb.

Son məlumatlara görə, Fransada 4 mindən artıq insanda COVID-19 qeydə alınıb, 90-dan artıq şəxs xəstəlikdən dünyasını dəyişib.