Koronavirusla mübarizəmiz – 2

0
71

Dövlət Sosial Paket proqramını hazırlamaq vacibdir!

İllərdi TV-lərdə və İnternetdə – sosial şəbəkələrdə özümü şəhid edirdim ki, hökümət qocadır, əlildir, qaçqındır, köçkündür, tələbədir deyə, neft pullarını “balığa” çevirib, vətəndaşlara paylamaqdansa, geniş əhaliyə “balıq tutmağı” öyrətsin!
Gec çatdı məmurlara və Prezident son illər məcbur olub nəzarəti öz əlinə alsın! Regionların inkişafı, kənd təsərüffatının müxtəlif sahələrinin – heyvandarlıqı, quşçuluqda, pambıqçılıq, çayçılıq, əkinçilik, balıqçılıqla, ipəkçilik, ərzaq təhlükəsizliyi və b. qollarının inkişafı ilə bağlı vacıb dövlət proqramları həyata keçırilməyə başladı.
Yol infrastrkturunun inkişafı, loqistika və nəqliyyatın inkişafı, yeni innovativ zavod və fabriklərin yaradılması, xidmət – əyləncə – idman -restoran – turizm – otelçilik, bir sözlə, qeyri-neft sahələrinə diqqət ayrılmasına başlanmışdı ki, koronavirus pandemiyası və qlobal karantin başladı!
Və bizim dövlət tərəfindən ərköyünləşdirilmiş, son illərin dəcəl uşaqlar kimi özünü aparan və tənbəlləşdirilən “hazırın nazırı” vətəndaşlarımız belə bir kritik zamanda özlərini necə aparmaq lazim olduğunu, sadəcə, bilmirlər: balıq yemək üçün onu tutmaq bacarığıma yiyələnmək lazım olduğu kimi!

Öz anamdan götürüm: son pensiyasını axır qəpiyə qədər Novruz və ilaxır çərşənbə süfrələrində üçün xərcləyib indi oturub gözləyir ki, hökümət havaxt yeni ayın təqaüd pulunu kartına otuzduracaq!
Ümumiyyətlə, adamlarımızın ailə büdcəsinin (məbləğindən – həcmindən asılı olmayaraq) səmərəli – planlı xərcləməsi, demək olar ki, yoxdur.
Dövlətdə, şirkətlərdə olduğu kimi ailədə və şəxsdə də ay və il ərzində gəlirləri 3 yerə bölünməsi ilə bağlı ilkin iqtisadi-maliyyə təsəvvürləri belə yoxdur.
Əslində isə belə olamlıdır:
1. Gündəlik – həftəlik – aylıq xərclər: tələbatatlari, məişət xərclərini, komunal haqları, toy, mqxtəlif şənliklər və yasa atacaqları məbləğlərin cəmi!
2. Sığorta, kredit, borc, sağlamlıq-müalicə və iri alışlar (tutalım, yeno geyimlər, mebel, məişət avadanlıqları, yaxid nəqliyyat vasitəsi, mənzil təmiri, alısı) üçün ödəniləcək hissə!
3. Riskli – kritik hadisələr zamanı lazım ola biləcək yığım hissəsi!

Gəlin özümüz özümüzə sual verək, bu sadalanlara adamlarımız ciddi əməl edirmi?!
Tanışlarımızın çoxu qısamüddətli borc alıb, yaxud verir və bununla bağlı ortaya çıxan çoxsaylı problemlərlə üzləşirlər! Mən hələ banklara olan milyarlarla kredit və onların faiz borclarımı demirəm!

Əlqərəz, dünən ana-canımın başçılığı ilə çıxıs yolu kimi qərara aldıq: 1) karantinlə bağlı dövlət qadağalarına ciddi əməl edək; 2) büdcəmizi ciddi planlaşdıraq; 3) Gündəlik qida qəbulu vərdişlərimizi dəyişməli, evdə olduğumuzdan kökəlməmək üçün gündə 2 dəfə yemək, çoxlu çay və su qəbul etmək, yuxu və istirahətə, eləcə də idmana xüsusi önəm vermək, göyərti və meyvə-tərəvəzlə, düyü yeməkləri ilə qidalanmaq; 4) Böyük stresslər düşməmək üçün ailə üzvlərimizə və yaşlılara xüsusi qayğı və sevgi bəsləmək; 5) İmkan daxilində köməyi ehtiyacı olanlara kömək etmək; 6) İzolasiya və karantin zamanı vortual sosiallaşmaq və doğmalarla İnternet vasitəsilə əlaqə saxlamaq; 7) Kitab oxumaq, tarixi filmlərə, kinokomediyalara baxmaq və virtial muzeylərə baş vurmaq və s.

P.S. Hadisələrin ən kritik inkişafına hazır olmalıyıq: əgər sosial izolyasiya müddəti uzanarsa, hökumət məmurları dövlət sosial paketi hazırlamalıdırlar: geniş əhali kütlələri üçün ilkin tələbatat malları, ərzaq və tibbi məhsulları özündə birləşdirən bağlamalar, kommunal və kommunikasiya xərclərinin dövlət tərəfindən ödənilməsi, yaxud faizsiz borc kreditə çevrilməsi, vergi, cərimə, sığorta, kredit, sosial ödəmələrində güzəştlərin tətbiq edilməsi kimi cəhətləri özündə birləşdirən bu sosial paket xalqımızın ölkəmizə, siyasi rəhbərliyə, işıqlı gələcəyimizə inamı – güvənci daha da artıracaq!

Yetər ki, karantinlə bağlı dövlət tələblərə ciddi əməl edək!

 

Aydın xan Əbilov
YYSİB sədri 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here