Koronavirusdan qorunmaq üçün ən yaxşı maska hansıdır? – VİDEO

0
164

  

Dünya üzrə təyin olunmuş standartlara görə, N95 tipli maskalar havadakı hissəciklərin 95 faizini filtrləyə bilir.

Bu cür filtrləmə insanları koronavirus təhlükəsindən qoruya bilər.

Xəstəxanalarda gördüyümüz tək istifadəlik üz maskaları isə əslində həkimlər, tibb bacıları və digər səhiyyə mütəxəssisləri tərəfindən xəstəni özlərindən qorumaq üçün istifadə olunur.

Həkim-infeksionist Sədrəddin Atakişizadə bildirir ki, bu gün sağlam insanların hər birinin maska taxması çox önəmli deyil. Maskadan ən çox xəstələr istifadə etməlidir. Lakin bəzi istisnalar var.

Əgər yanımızda xəstə insan varsa, növündən asılı olmayaraq maskadan istifadə etmək məsləhət görülür.

Koronavirusa qarşı qabaqlayıcı tədbir görmək istəyirsinizsə, seçəcəyiniz maskaya diqqət yetirməli, maskanı tez-tez dəyişdirməyə, çirklənməməsi ya da islanmamasına diqqət etməlisiniz.