Koronavirus səbəbindən Venesiya kanalları daha təmiz olub – FOTO

0
70

Koronavirus səbəbindən İtaliyanın Venesiya şəhərində ətraf mühit yaxşılaşmağa başlayıb.

“İnterfaks” xəbər verir ki, turistlərin sayının kəskin azalması səbəbindən şəhərin məşhur kanallarında sular durulmağa başlayıb.

Qeyd etmək lazımdır ki, hal-hazırda kanallarda ACTV avtobuslarına və xidməti nəqliyyatlara hərəkət etməyə icazə verilir.