Koronavirus qurbanlarının sayı 10 050-yə çatdı

0
155
Koronavirus qurbanlarının sayı 10 050-yə çatdı

Dünyada koronavirus pandemiyasının qurbanlarının sayı 10 050-yə çatıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, dünyada ən çox ölüm hadisəsi İtaliya (3 405), Çin (3 248), İran (1 284), İspaniya (831) və Fransada (372) qeydə alınıb.

Qeyd edək ki, infeksiya indiyədək 182 ölkə və regionda qeydə alınıb.

Koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Dünyada koronavirus infeksiyasına indiyədək 246 581 insan yoluxub. Virusdan sağalanların sayı 88 486 nəfərdir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.